Türkiyənin BRİKS-ə üzvlüyü onun NATO üzvlüyünə dəlalət etmir.
KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “BRİKS-in əsas yanaşmaları baxımından burada heç bir anlaşılmazlıq yoxdur”, – deyə Peskov Türkiyənin NATO üzvü kimi assosiasiyaya qoşula biləcəyi sualına cavabında deyib. Peskovun sözlərinə görə, bu fakt BRİKS-i əməkdaşlıq üçün daha cəlbedici birliyə çevirir.
Vəli Həsənoğlu,
KONKRET.az