Peskovun həyat yoldaşının qəribə əyləncəsi NARAZILIQLARA SƏBƏB OLDU – VİDEObackend

Peskovun həyat yoldaşının qəribə əyləncəsi NARAZILIQLARA SƏBƏB OLDU - VİDEO

Peskovun həyat yoldaşının qəribə əyləncəsini əks etdirən görüntülər narazılıqlara səbəb olub.

KONKRET.az xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı Tatyana Navka Yunanıstanda istirahət edərkən görüntülənib.

İnternet istifadəçiləri Tatyana Navkaya Yunanıstanda bir restoranda sevinclə boşqab döydüyü videoya görə hücum edib.

Şərhçilər Aİ səlahiyyətlilərini Navkanın Avropa İttifaqına girişini məhdudlaşdırmağa və Rusiya Federasiyasının adi vətəndaşları üçün vizaları ləğv etməməyə çağırıblar.

Maraqlıdır ki, Peskova və ailəsinə qarşı sanksiyalar var və Navkanın tətil üçün seçdiyi ölkə Rusiya Federasiyasına dost ölkə sayılmır.

Restoranların birində Navka boşqabları sındıraraq əylənib. Peskovun həyat yoldaşının qəribə əyləncəsini əks etdirən videonun fraqmenti Telegram-da yayımlanıb

Navkanın özünün dediyinə görə, o, Efes şəhərində (Yunanıstan) restoranlardan birində dincəlib.

Qeyd edək ki, Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan Kreml sözçünün xanımı Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının sanksiyalarına məruz qalıb.

Lakin Yunanıstanın işğalçı ölkədə “qeyri-dost” sayılması onun xaricə səyahətinə mane olmayıb.

Onu da qeyd etmək lazımdır ki, bir müddət sonra Navka yunan əyləncəsi ilə paylaşımı İnstaqramdan silib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*