İranın Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrlə ticarəti artırmaq üçün Mərkəzi Asiya ölkələri, həmçinin Azərbaycanla münasibətləri gücləndirməsinə ehtiyacı var.
KONKRET.az xəbər verir ki, bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini və İranın Ticarət İnkişafı Təşkilatının sədri Əlirza Peymanpak deyib.
Ə.Peymanpakın sözlərinə görə, İranın ticarət münasibətlərini inkişaf etdirməsi üçün bölgə ölkələri arasında Azərbaycan əhəmiyyətli rola sahibdir.
Nazir müavini deyib ki, İranın Ticarət İnkişafı Təşkilatı ölkənin şimalında yerləşən ölkələrlə ticarətin inkişaf etdirilməsi üçün xüsusi proqram hazırlayıb.
“Bu məqsədlə Ticarət İnkişafı Təşkilatı İranın Azərbaycandakı iqtisadi attaşesinə əlavə səlahiyyətlər verib ki, iki ölkənin ticarətinin inkişafına köməklik göstərsin”. – deyə Ə.Peymanpak əlavə edib. “Trend”
