Pilotlarımız “TURAZ Şahini-2021” təlimlərində uçuşlar həyata keçirdibackend

Pilotlarımız "TURAZ Şahini-2021" təlimlərində uçuşlar həyata keçirdi

“TURAZ Şahini-2021” birgə taktiki-uçuş təlimləri davam edir.

Müdafiə Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, təlimlərin planına əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları ətrafı tanıma uçuşlarını icra ediblər.

Uçuşlardan əvvəl təyyarəçilər üçün brifinq təşkil olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib. Təhlükəsizlik qaydaları çatdırılıb.

Sonra türkiyəli pilotlar F-16 qırıcı təyyarələrində, azərbaycanlı hərbi təyyarəçilər isə Miq-29 və Su-25 təyyarələrində uçuşlar keçiriblər.

Təlimlər davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*