Pol Qobl: “Azərbaycan Türkiyə ilə hərbi baza danışıqlarına başlamalıdır”backend

Pol Qobl: "Azərbaycan Türkiyə ilə hərbi baza danışıqlarına başlamalıdır"

Mərkəzi Stokholmda yerləşən SİPRİ Sülh Araşdırmaları Mərkəzinin hesabatlarına görə, 2019-2020-ci illərdə Ermənistan ümumilikdə 250-yə yaxın raket, raketdən müdafiə sistemləri və təyyarə alıb. Bu silahların böyük hissəsi isə Rusiyadan gəlib.

KONKRET.az xəbər verir ki, 44 günlük müharibəni uduzan və hərbi texnikanın əhəmiyyətli hissəsini itirən Ermənistanın öz ordusunu dürçəltmək planı davam edir. ABŞ-da keçmiş diplomat Pol Qobl hesab edir ki, Rusiya müharibədən sonra Ermənistanı dəstəkləməklə Qarabağda neytral sülh yaratmaq missiyası niyyəti olmadığını göstərir:

“Rusiya bir daha göstərdi ki, münaqişədə neytral deyil və Ermənistan-Azərbaycan arasında iddia etdiyi kimi mediatr vəzifəsini yerinə yetirə bilməyəcək. Bakı bu halda ən azı qətiyyətli bir şəkildə reaksiya verməlidir. Bundan başqa, rəsmi Bakı gərək Türkiyə hərbi bazasının Azərbaycanda yaradılması ilə bağlı Ankara ilə danışıqlara başlasın”.

Rusiyadan olan hərbi ekspert Pavel Felgenhauer isə belə düşünmür. o deyir ki, Rusiya tam mənası ilə Ermənistanın yanında deyil: “Ermənistanıln tankları da köhnədir. Rusiya bu tankları modernizasiya etmək üçün onu öz ərazisinə aparmalıdır. Amma necə? Gürcüstan əz ərazisindən buna icazəı verməyəcək.İran üzərindən təyyarə ilə aparmalı olacaq. Amma bu da praktik deyil. Bəlkə də Ermənistan ərazisində zavodda bunu etmək olar. Amma ki, bunun da üzərində işləmək lazımdır”.

Hərbi təhlilçi deyir ki, Rusiyanın heç özünün Bayraktar və Harop kimi müasir silahları yoxdur.

Ermənistanın hərbi eksperti Riçard Kirakosyan isə “Azadlıq” radiosuna açıqlamasında vurğulayıb ki, Paşinyanı daha çox diplomatioya düşündürür, nəinki hərbi quruculuq. Çünki Ermənistan ordusunun yenidən qurulması ilə bağlı mpvcud hakimiyyətin heç bir açıqlamasına və şərhinə rast gəlinməyib.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*