Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
KONKRET.az xəbər verir ki, o, bildirib ki, koronavirus pandemiyasına görə aprelin 20-sinə qədər Rusiya-Azərbaycan sərhədi bağlı olacaq. Bu səbəbdən də səfir vətəndaşlarımızı Rusiya-Azərbaycan sərhədinə getməməyə çağırıb.
Səfirin müraciətini videoyazı şəklində təqdim edirik.
