Polis əməkdaşı həmkarına 14 dəfə atəş açdı – Gürcüstandabackend

Polis əməkdaşı həmkarına 14 dəfə atəş açdı - Gürcüstanda

Gürcüstanın Xobi bələdiyyəsinin Çaladidi kəndində polis bölməsində qətl hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, polis əməkdaşı həmkarına odlu silahdan 14 dəfə atəş açaraq onu öldürüb.

Hər iki polis əməkdaşı növbədə olub. İnsidentdən öncə onların mübahisə etdikləri bildirilir.

Hadisə ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi hələ məlumat yaymayıb. Qətli törədən şəxsin saxlanılıb-saxlanılmadığı məlum deyil. Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*