Polis onun üzərinə sürən avtomobilə atəş açdı – Yaponiyadabackend

Polis onun üzərinə sürən avtomobilə atəş açdı - Yaponiyada

Yaponiyanın paytaxtı Tokionun Şibuya bölgəsində bir polis əməkdaşı onun üzərinə sürən avtomobilə atəş açmaq məcburiyyətində qalıb.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, hadisə polis məmurunun adi patrul xidməti zamanı baş verib. O, yolun kənarında şübhəli avtomobilin dayandığını görüb. Polis yaxınlaşan an avtomobil onun üstünə sürüb.

Polis əməkdaşı sərnişin oturacağına doğru atəş açıb, nəticədə avtomobildə olan şəxslərdən biri yaralanıb. O, xəstəxanaya yerləşdirilib, həyatı üçün təhlükə yoxdur.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*