Politoloq Andrey Areşev: “Rusiyadan uzaqlaşan və təklənən Ermənistan hər zaman məğlubiyyətə məhkumdur”backend

Politoloq Andrey Areşev: "Rusiyadan uzaqlaşan və təklənən Ermənistan hər zaman məğlubiyyətə məhkumdur"

“Paşinyanın Qarabağ müharibəsindəki məğlubiyyətin günahlarını sələflərinin boynuna atması fikri kökündən səhvdir. Çünki ordu qurmaq və ölkəni inkişaf etdirmək üçün 2,6 il az vaxt deyildi. Əgər dedikləri doğrudusa, zəif ordu və kasıb dövlət müharibəyə niyə başlayırdı?”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Cənubi Qafqaz üzrə ekspert, politoloq Andrey Areşev “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində deyib. Politoloq əlavə edib ki, “Erməni ordusu Sovet dövründən bəri dəyişməz olaraq qalır. Bəs Paşinyan indi hansı “yeni tip” ordudan danışır? Görünür, NATO xətti boyunca təşkil olunmuş silahlı qüvvələr barədə fikirləşir. Belə çıxır ki, Paşinyan münaqişədə öz məğlubiyyətini Qərbə meyllənmə üçün bir bəhanəyə çevirmək istəyir. Amma Paşinyan bir şeyi dərk etmir ki, Qərbə maraq Ermənistanı Rusiyadan uzaqlaşdırır. Rusiyadan uzaqlaşan və təklənən Ermənistansa hər zaman məğlubiyyətə məhkumdur”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*