Litva Prezidenti Qitanas Nauseda, Latviya Prezidenti Eqils Levits, Estoniya Prezidenti Alar Karis və Polşa Prezidenti Andjey Duda Ukrayna Prezidenti Kiyevdə Vladimir Zelenski ilə görüşüblər.
KONKRET.az xəbər verir ki, bu barədə Polşa Prezident Ofisi məlumat yayıb.
Qeyd edək ki, Litva Prezidenti Qitanas Nauseda, Latviya Prezidenti Eqils Levits, Estoniya Prezidenti Alar Karis və Polşa Prezidenti Andjey Duda bu gün Kiyevə səfər ediblər.
16:33
Anjey Duda, Qitanas Nauseda, Egils Levits və Alar Karis Kiyedə səfərdədir.
KONKRET.az xəbər verir ki, bu barədə Estoniyanın Ukraynadakı səfirliyi “Twitter” səhifəsində məlumat yayıb.
“Estoniya Prezidenti Alar Karis həmkarları – Polşa Prezidenti Anjey Duda, Litva Prezidenti Qitanas Nauseda, Latviya Prezidenti Egils Levits ilə birlikdə Kiyevə gəlib”, – postda deyilir.
Qeyd olunur ki, Prezident Volodimir Zelenski və digər Ukrayna rəsmiləri ilə görüş planlaşdırılır.
***
10:50
Aİ ölkələrinin dörd prezidenti bu gün Kiyevə səfər edəcək.
KONKRET.az xəbər verir ki, Latviya Prezident administrasiyası bildirib. Avropa İttifaqının dörd ölkəsinin prezidenti bu gün Ukraynanın paytaxtına səfər edəcək.
Polşa Prezidenti Anjey Dudanın ofisindən bildirilib ki, Litvanın rəhbərləri Qitanas Nauseda, Latviya Egils Levits və Estoniya rəhbərləri Alar Karis onunla birlikdə Kiyevə gedir.
Bildirilir ki, Kiyevdə bu dövlətlərin başçıları Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcək.
“Son səfərimdən bəri Rusiya ilə müharibədən çox əziyyət çəkən Kiyevə gedən yoldayıq”, – Estoniya Prezidenti səfərini şərh edib.
- “Biz qəti siyasi dəstək və hərbi yardım mesajı ilə Kiyevə yollanırıq. Litva Ukraynanın öz suverenliyi və azadlığı uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək. Biz qalib gələnə qədər yanınızdayıq!”, – Litva lideri yazıb.
Xatırladaq ki, müharibə başlayandan bəri bir sıra xarici liderlər və siyasətçilər artıq Ukraynanın paytaxtına səfər ediblər, bir çox səfirliklər Kiyevdə öz işini bərpa ediblər. Ən əlamətdarlarından biri Böyük Britaniyanın baş naziri Boris Consonun səfəri olub.
Bütün səfərlər dəmir yolu ilə həyata keçirilir.
Həmin ərəfədə məlum olub ki, Zelenski Rusiya Federasiyası ilə sıx əlaqələri olduğuna görə Almaniyanın federal prezidentini Kiyevdə qəbul etməkdən imtina edib.
Eyni zamanda Fransa Prezidenti Emmanuel Makron hələlik Ukraynaya səfər etməyi planlaşdırmadığını bildirib.

Xuraman Etibarlı,
KONKRET.az
