Polşa səfiri Gürcüstan XİN-ə çağırıldıbackend

Polşa səfiri Gürcüstan XİN-ə çağırıldı

Polşanın Tbilisidəki səfiri Mariuş Maşkeviç Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Qeyd olunur ki, dilpomatın çağırılmasına səbəb eks-prezident Mixail Saakaşvilinin müalicə olunduğu “Vivamed” klinikasındakı insidentlə bağlıdır.

Gürcü tərəfinin məlumatına görə, polşalı həkim ayaqqabının içində Saakaşvilidən götürülmüş analiz nümunəsini xəstəxanadan gizli çıxarmaq istəyirmiş.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili hadisəni “biabırçı” adlandırıb: “Polşa hakimiyyəti izahat verməlidir”.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*