Polşa Slovakiya ilə sərhəddə ordudan istifadə edəcəkbackend

Polşa Slovakiya ilə sərhəddə ordudan istifadə edəcək

Polşa oktyabrın 4-dən etibarən müvəqqəti nəzarətin tətbiq olunacağı Slovakiya ilə sərhəddə sərhədçilərə dəstək üçün ordudan istifadə etmək qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşçak bildirib.

“Polşa ordusu Slovakiya ilə sərhəddə sərhədçilərə dəstək verəcək. Əsgərlər sərhədçilərlə eyni hüquqlara sahib olacaqlar. Onlar nəzarəti həyata keçirə biləcəklər. Həm əməliyyat qoşunları, həm ərazi müdafiəsi, həm də mühəndis qoşunları sərhədə göndərilib”, – nazir deyib.

Bundan əvvəl isə Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski Slovakiya ilə sərhəddə nəzarətin tətbiqi barədə məlumat verib. Nazirin sözlərinə görə, bu qərara səbəb qeyri-qanuni miqrantların Balkan deyilən istiqamətə axınıdır.

Ariz Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*