İyulun 24-ü axşam saatlarında ictimai iaşə obyektlərində nağdsız ödənişlərlə bağlı problem yaranıb. Obyekt sahibləri alıcılardan pos-terminalların işləməməsi səbəbindən ödənişi nağd etməyi tələb edib.
Problemin nədən qaynaqlandığını öyrənmək məqsədilə KONKRET.az Azərbaycan Beynəlxalq Bankına (ABB) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, problem ABB-nin və digər bankların xidmət şəbəkəsi ilə bağlı olmayıb.
“Müvəqqəti çətinlik POS terminalların mobil rabitə təminatında yaranmış kəsintidən qaynaqlanıb”.
Aygün Mirakif
KONKRET.az