Premyer Liqa: “Sumqayıt” doğma meydanda “Sabah”ı məğlub etdibackend

Premyer Liqa: "Sumqayıt" doğma meydanda "Sabah"ı məğlub etdi

Misli Premyer Liqasının XII turunda “Sumqayıt” doğma meydanda “Sabah”ı məğlub edib.

KONKRET.az xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirilən matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 90+4-cü dəqiqədə Roy Kehat vurub.

Bu nəticədən sonra xallarının sayını 10-a yüksəldən “Sumqayıt” yeddinci pillədə qərarlaşıb. “Sabah” isə 17 xalla beşincidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” evdə “Araz-Naxçıvan”a uduzub – 0:1. “Turan-Tovuz” – “Qarabağ” matçında qol vurulmayıb. “Zirə” səfərdə “Şamaxı”nı məğlub edib – 2:0. “Kəpəz” isə “Səbail” üzərində qələbə qazanıb – 1:0.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*