Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulacaq.
KONKRET.az xəbər verir ki, 36-cı turun son qarşılaşmalarında “Turan Tovuz” “Kəpəz”lə, “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gələcək.
Tovuz klubu 45 xalla 6-cı, “Kəpəz” 35 xalla 8-ci, eyni xala malik “Araz-Naxçıvan” 9-cu yerdədir.
“Araz-Naxçıvan”la matçdan sonra Premyer Liqanın qalibi olan “Qarabağ” üçün mükafatlandırma mərasimi keçiriləcək.
