Prezident: “Biz fırıldaqçılıqla məşğul olmamalıyıq”backend

Prezident: "Biz fırıldaqçılıqla məşğul olmamalıyıq"

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayev Akmola vilayətinin inkişafı ilə bağlı geniştərkibli iclasda yeni dövlət proqramının hazırlanması barədə danışıb:

“Biz fırıldaqçılıqla məşğul olmamalıyıq. Yeni bir dövlət sənaye-innovasiya proqramı hazırlayarkən əvvəlki proqramların bütün səhvləri nəzərə alınmalıdır. Təqdim olunan təhlillər obyektiv olmalı, effektiv fəaliyyət təmin edilməlidir”.

“Hökümətin, parlamentarilərin, vilayət rəhbərlərinin vəzifəsi, bütün səyləri Qazaxıstanın ilk prezidentinin uzunmüddətli Strategiyasının və beş institusional islahatın tam şəkildə həyata keçirilməsinə yönəltməkdir. Yalnız bu yolla çətinliklərin öhdəsindən gələ bilərik”, – deyə prezident bildirib.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*