Prezidentin vaxtilə təhsil aldığı musiqi məktəbində 28 May – Müstəqillik Günü münasibətilə konsert olub+FOTObackend

Prezidentin vaxtilə təhsil aldığı musiqi məktəbində 28 May – Müstəqillik Günü münasibətilə konsert olub + FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin nəzdindəki orta musiqi məktəbində 28 May – Müstəqillik Gününün 104-cü ildönümünə həsr olunmuş konsert keçirilib.

KONKRET.az xəbər verir ki, konsertdə musiqi məktəbinin müəllimi İradə Şəfiyevanın sinfinin şagirdləri və məzunları iştirak ediblər. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akdemiyasının “Sabah” qrupunun 3-cü kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Fidan Yunusun moderatorluğu ilə aparılan konsertdə Azərbaycan bəstəkarlarından Fikrət Əmirov və Elmira Nəzirovanın “Ərəb mövzuları əsasında konsert”, Qara Qarayevin “Eskiz”, Vasif Adıgözəlovun “Layla”, “Qərənfil”, Tofiq Quliyevin “Fantaziya”, “Qaytağı”, Arif Məlikovun “Qızların rəqsi”, Fərhad Bədəlbəylinin “Dəniz”, Ceyhun Allahverdiyevin “Xatırla məni”, dünya bəstəkarlarından Feliks Mendelsonun “Rondo Kapriççiozo” (E dur), İsaak Berkoviçin 2 nömrəli konsertinin 2 və 3-cü hissələri, Samuil Maykaparın “Vals”, Vittorio Montinin “Çardaş”, Frederik Şopenin “Vals” (a moll), Pyotr Çaykovskinin “İlin fəsilləri”, Sergey Raxmaninovun tüd-lövhə “Yarmarka”, “Musiqi anı” (e moll), “Prelüdiya” (Es dur), “Elegiya”, Revaz Lagidzenin “Tbilisi haqqında mahnı” əsərləri ifa olunub.

Məktəbin müəllim kollektivi və valideynlər gənc pianoçular, beynəlxalq müsabiqələr laureatları Fidan Yunus, Zərrin Zeynalova və Cavid Cəlilovun, sinif şagirdləri Nilay Musayeva, Mədinə Nurmatova, Aylin Fətəlizadə, Mikayıl Cəfərzadə və Mələk Babayevanın, tədbirə qonaq qismində dəvət olunmuş tarzən Ruslan Əliyev və vokalçı Fidan Fərzəliyevanın ifalarını alqışlarla qarşılayıblar.

Qeyd edək ki, DTX Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbi 1967-ci ildə yaradılıb. Bu məktəbin yaranmasında mədəniyyətə, incəsənətə böyük əhəmiyyət verən müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna rolu olub. Onun övladları İlham Əliyev və Sevil Əliyeva bu musiqi məktəbində təhsil alıblar. Prezident İlham Əliyevin göstərişinə əsasən, məktəb əsaslı təmir olunub.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*