“Rusiya prezidenti Vladimir Putin dünyanın Ukraynadakı müharibəni unudub buna öyrəşməsini gözləyir. Lakin Almaniyanın buna icazə verməyəcək”.
KONKRET.az xəbər verir ki, bu sözləri Almaniya prezidenti Frank-Valter Ştaynmayer Almaniya-Ukrayna bələdiyyə tərəfdaşlığı konfransında bildirib. O vurğulayıb ki, Kiyevin xüsusilə Yaxın Şərqdə münaqişələrin başlaması və Ukraynada müharibəyə layiq olduğu diqqəti görməməsi səbəbindən dəstəyə ehtiyacı var.
“Putinin hesablaması ondan ibarətdir ki, dünya Ukraynanı unutmalıdır. Almaniya Rusiya prezidentinə belə bir yaxşılıq etməməlidir və etməyəcək”, – RBC-Ukrayna Ştaynmayerin sözlərindən sitat gətirib.
Almaniya Rusiyanın qeyri-qanuni və qeyri-insani işğalçılıq müharibəsinə öyrəşmək fikri yoxdur.
Rəsmiyyə Şərifova,
KONKRET.az