Prezident və birinci xanım Füzulidə ağac əkdilər – FOTObackend

Prezident və birinci xanım Füzulidə ağac əkdilər - FOTO

İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri bu yerlərə yenidən həyat verir, ermənilərin ekoloji sistemə vurduqları zərərin nəticələri aradan qaldırılır.

KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Füzuliyə səfərləri çərçivəsində şəhərdə yeni yaradılacaq mərkəzi park kompleksinin ərazisində ağac əkiblər.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev dövlətimizin başçısına və birinci xanıma parkda görüləcək şərait barədə məlumat verib.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə, digər quruculuq işləri kimi, ekoloji tarazlığın bərpası istiqamətində də ciddi addımlar atılır. İşğalçı Ermənistan tərəfindən məhv edilmiş yaşıllıq massivlərinin bərpası məqsədilə ağacəkmə tədbirləri davam etdirilir. İşğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində görülən tədbirlər Füzuli rayonunu da əhatə edir. Füzulidə yeni yaradılacaq park kompleksi də şəhərdə ekoloji tarazlığın qorunması işinə mühüm töhfə verəcək.

  • Prezident və birinci xanım Füzulidə ağac əkiblər - FOTO
  • Prezident və birinci xanım Füzulidə ağac əkiblər - FOTO

 

  • Prezident və birinci xanım Füzulidə ağac əkiblər - FOTO
  • Prezident və birinci xanım Füzulidə ağac əkiblər - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*