Prezident Vladimir Putinə başsağlığı verdibackend

Prezident Vladimir Putinə başsağlığı verdi

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə başsağlığı verib.

KONKRET.AZ xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Vladimir Vladimiroviç.

Krasnoyarsk diyarında insan tələfatı ilə nəticələnmiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*