Prezident İlham Əliyev Albert Zaman oğlu Mustafayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
KONKRET.az xəbər verir ki, sərəncama əsasən, A.Mustafayev Azərbaycanda heykəltəraşlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
