Prezidentin Yunanıstana göndərdiyi səfir kimdir? – DOSYEbackend

Prezidentin Yunanıstana göndərdiyi səfir kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Arif Baloğlan oğlu Məmmədov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Ölkə başçısının digər sərəncamı ilə Arif Məmmədov Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

KONKRET.az Arif Məmmədovun tərcümeyi-halını təqdim edir:

Arif Baloğlan oğlu Məmmədov 1982-ci ildə Bakı şəhərində anadan olub.

2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər üzrə bakalavr, 2005-ci ildə isə sözügedən ali təhsil ocağını həmin ixtisas üzrə magistratura səviyyəsində fərqlənmə diplomları ilə bitirib. 2010-cu ildə Çexiyanın Praqa Metropolitan Universitetinin Beynəlxalq münasibətlər və Avropa araşdırmaları ixtisası üzrə magistratura səviyyəsində təhsil alaraq fərqlənmə diplomuna layiq görülüb.

2017-ci ildə Kanadada Ottava Universitetinin Tefler İdarəçilik Məktəbində Biznes İdarəçiliyi üzrə magistr dərəcəsi alıb.

2004-2007-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində attaşe, 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Çexiyadakı səfirliyində üçüncü və ikinci katib, 2012-2016-ci illərdə isə Azərbaycan Respublikasının Kanadadakı səfirliyində birinci katib olub.

2017-2018-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*