Priqojin ermənipərəst müğənni Avraam Russonu “axmaq oğru və ağılsız” ADLANDIRDI – VİDEObackend

Priqojin ermənipərəst müğənni Avraam Russonu “axmaq oğru və ağılsız” ADLANDIRDI - VİDEO

İosif Priqojin Avraam Russonu “axmaq oğru və ağılsız” adlandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Priqojin 5-tv.ru-ya müsahibəsində deyib.

Prodüser İosif Priqojin müğənni Avraam Russonun onların münaqişəsini təbliğ etməyi planlaşdırmaması ilə bağlı sözlərinə münasibət bildirib.

“O, axmaq oğru və ağılsızdır. Mən niyə onun haqqında danışmalıyam? Siz görmürsünüz ki, o, sadəcə özünü tanıtmağa çalışır, onun reklam edəcək heç nəyi yoxdur”, – deyə Priqojin bildirib.

O, 20 il əvvəl Russo ilə əməkdaşlığı dayandırdığını xatırladıb. Bununla belə, Priqojinin sözlərinə görə, müğənni populyarlıq qazanmaq üçün adını çəkməyə davam edir.

“İllər əvvəl mənimlə işləməyi dayandırdıqdan sonra nə etdi? Onun nailiyyətləri nələrdir? – deyə Priqojin soruşub.

Qeyd edək ki, rusiyalı müğənni Avraam Russo ermənipərəst mövqeyi ilə tanınır. Bir müddət əvvəl Qarabağa qondarma adla mahnı da bəstələyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*