Psixoloq müalicə etdiyi qatilə necə vuruldu? – OLMUŞ HADİSƏbackend

Psixoloq müalicə etdiyi qatilə necə vuruldu? - OLMUŞ HADİSƏ

Cinayət aləmində müxtəlif hadisələr mövcuddur. Bunlar arasında isə amansızlıqla törədilən qətl hadisələrinin bənzəri yoxdur. Mütəxəssislər hesab edirlər ki, cinayət törədənlərin əksəriyyəti psixoloji problemlərdən əziyyət çəkirlər. Onların bir göz qırpımında qarşısındakı insanı qətlə yetirməsi və ya onu diri-diri yandırması qatilin psixoloji durumuna ciddi təsir edir və bu hal onda adiləşir. “Gözünü qan örtən” bu tip adamlar cəzaçəkmə müəsissələrində həm də psixoloji yardıma eytiyac duyurlar.

KONKRET.az-ın hazırladığı materal məhz bu mövzu ilə bağlıdır. Oxucular üçün maraqlı olacağını nəzərə alıb həmin yazını təqdim edirik.

Саша - солдат киллер

Elm və sevgi

Rusiyanın ən böyük kriminal dəstələrinin biri “Orexovski” dəstəsi adlanıb. Aleksandr Pustovalov onun lideri, Sergey Butorinin isə onun müavini və mühafizəçisi vəzifəsində çalışıb. Sonuncu qrupa mane olan insanları aradan götürmək üçün əməliyyatlar hazırlayıb həyata keçirib. Pustavalovun qurbanları əsasən kriminal boslar olub. Amma onun nişangahına bir qadın da gəlmişdi.  Bu, “Miss Rusiya-96” gözəllik müsabiqəsinin finalçısı, qatil Aleksandr Solonikin sevgilisi Svetlana Kotova idi. Pustovalov onun başını  Yunanıstanın Soloniki şəhərində “əkib”.

İstintaqla müəyyən edilmişdi ki, Saşa ümumilikdə 22 nəfəri qətlə yetirib və o, 24 il müddətində azadlıqdan məhrum edilib. Pustovalov  cəzasını Tver vilayətindəki həbsxanaların birində keçirib. Məhkəmə materiallarına görə, o, türmədə ailə qurub və övladı olub. Pustovalovun həyat yoldaşının kimliyi ilə bağlı ictimaiyyətə heç nə məlum deyil. Amma hüquq-mühafizə orqanlarının əməkdaşları hər şeydən xəbərdar idilər. Bunu “Orexovskaya” mütəşəkkil cinayətkar dəstəsinin işi üzrə zərərçəkmişlərin vəkili Aleksandr Karabanov deyib. Həmin prosesdə şahid qismində Pustovalov çıxış edib. O, istintaqla əməkdaşlıq edərək ikinci qatilin əleyhinə ifadə verib. Vəkil bildirib ki, Pustovalov həbsdə olarkən düz yola qayıdacağına söz verib. Onun türmədə evlilik hekayəsi isə hər kəs üçün maraqlıdır.

Saşanın olduğu həbsxanaya məhkumların psixoloji vəziyyəti ilə bağlı tez-tez baş çəkən xanım psixoloq Pustovalovla da işləmək qərarına gəlib. Qatilin psixologiyasını öyrənən xanım az keçmir ki, Pustovalovun sevgilisinə çevrilir.

Саша - солдат

Cəzasını başa vurduqdan sonra Pustovalov Moskvaya qayıtmağı planlaşdırırdı. O, həyat yoldaşının və uşağının yanına getməyi düşünürdü. Şəxsi anketində bildirmişdi ki, onun ailəsi paytaxtda deyil, ətraf rayon mərkəzlərinin birində yaşayır.

Universitetlərin birinin psixologiya fakültəsinin dosenti qatillə necə ailə qurmuşdu?

“Yaxşı, qızlar həmişə pis oğlanları sevirdilər” deyə cinayət psixologiyası sahəsi üzrə ekspert, Moskva vilayətində Hüquq-mühafizə Mərkəzinin rəhbəri Aleksandr Xaminski qeyd edib. “Məhbusların evlənməyi barədə saysız-hesabsız epizodlar var. Ancaq Pustovalovun evliliyi unikal hadisədir. “Evin kişisi” tanınmış və iyrənc şəxsiyyətdir”. Xaminskinin fikrincə, ərlə arvadın ortaq maraqları ola bilməzdi. Qız 21-ci əsrin adamıdır. Pustovalov isə 90-cı illərin cəmiyyətə bəxş etdiyi amansız qatildir. Bu müddət ərzində ölkə bir neçə dəfə dəyişib. Bir tərəfdən, qatillərin psixologiyasını öyrənmək psixoloq üçün maraqlıdır. Digər tərəfdən, güman ki, söhbət zamanı onun xarakterini  öyrənən qızda ona qarşı sevgi hissi baş qaldırıb.

Пустовалов Александр Сергеевич Саша - солдат

“Yəqin elmi işində o, tətbiqi bir vəzifə ilə də üzləşib. Belə insanlarla necə davranmaq olar? – deyə Xaminski fikrini davam etdirir. O, qatili  tərbiyə və bərpa etmək üçün hansı üsullardan istifadə edərdi? İnanıram ki, Pustovalovla  ünsiyyət ona elə təsir etdi ki, onu cəzaçəkənin kimliyi maraqlandırmadı. Yəni psixoloq xanım özünün icad etdiyi obraza aşiq olub”.

Digər tərəfdən, ekspert istisna etmir ki, Pustovalov empatiya hiss edərək, qıza həm insan, həm də kişi kimi aşiq olub. Ekspert deyir ki, Pustovalovun “xüsusi qayğısı”, alicənab kişi roluna girməsi onunla psixoloji seans keçirən xanımı ofsunlayıb. Axı o, bütün cinayətlərini yalnız “işi üçün” edib və heç vaxt şəxsi düşmənçilik zəminində kimisə öldürməyib.

Xaminskinin fikrincə, bu ailənin perspektivi Pustovalovun azadlıqda özünə hansı yer tapmasından asılı olacaq. Xaminski daha sonra əlavə edib ki, “Saşanı bizim “Hüquq və Asayiş Mərkəzi”ndə işə götürərdim. Ona zorakılıq xarakterli cinayətlərin qarşısının alınması sahəsini tapşırardım”.

Ancaq Xaminskiyə elə gəlir ki, bu adamın sonrakı taleyi ilə bağlı nəsə öyrənmək çətin olacaq: “Çünki o, artıq adını və xarici görünüşünü dəyişib. Ola bilsin ki, arvadı da eyni üsula əl atıb”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*