Rusiyanın Krasnodar diyarında İlski neft emalı zavodunda yanğın baş verib.
KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə PUA hücumundan sonra baş verib.
Krasnodar diyarının operativ qərargahının açıqlamasında bildirilir ki, pilotsuz uçuş aparatlarının qalıqlarının zavod ərazisinə düşməsi nəticəsində yanğın başlayıb.
İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılara tibbi yardım göstərilir.
Rusiya tərəfi gecə saatlarında Krasnodar diyarına PUA hücumu həyata keçirildiyini bildirib.
Qeyd edilib ki, hadisənin digər detalları və zavodun fəaliyyətinə dəymiş zərərin miqyası dəqiqləşdirilir.
Günay Əli
KONKRET.az
