Puqaçova uşaqları ilə birlikdə Rusiyanı tərk edib
KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” portalı məlumat yayıb. Portalın məlumatına görə, SSRİ xalq artisti Alla Puqaçova övladları ilə birlikdə Rusiyanı tərk edib.
Məlumatda deyilir ki, “Vnukovo-3” hava limanının yaxınlığında Puqaçovanın sentyabrın 1-də uşaqları məktəbə apardığı Chevrolet Express markalı avtomobilini görüblər.
Nəşrin mənbəsi Puqaçovanın uşaqları ilə birlikdə İsrailə uçduğunu və onun geri dönüş biletinin olmadığını bildirib.
Xatırladırıq ki, “Vnukovo-3” şəxsi təyyarələr üçün işgüzar aviasiya hava limanıdır.
Puqaçova bundan əvvəl övladları ilə İsrail və Latviyaya uzun səfərdən sonra Rusiyaya qayıdıb.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Primadonnanın əri Maksim Qalkini xarici agent elan edib.
Xuraman Etibarlı,
KONKRET.az
