Putin ağır xəstədir? – Yeni görüntüləri gündəm oldu / VİDEObackend

Putin ağır xəstədir? - Yeni görüntüləri gündəm oldu / VİDEO

Rusiya Prezidenti Vladimir Putinin Pasxa bayramı zamanı çəkilmiş görüntüləri gündəmə gəlib.

KONKRET.az xəbər verir ki, görüntülər Putinin səhhəti ilə bağlı xəstəlik iddialarını yenidən aktuallaşdırıb.

Belə ki, görüntülərdə 69 yaşlı Putinin Moskvadakı kilsədə şəhər meri Sergey Sobyaninin yanında dayanmaqda çətinlik çəkdiyi, eyni zamanda, tez-tez dodaqlarını dişləməsi və yalaması əks olunub.

Mərasim zamanı çəkilən görüntülərdə Putinin əyildiyi və narahat davrandığı görünür. Britaniya mediası Putinin gərginliyinin arxasında onun Ukraynadakı uğursuzluğunun olduğunu iddia edib. Həmçinin, onun əsəbi göründüyünü və diqqətini yayındırdığını yazıb.

“Daily Mail” nəşri Putinin dodaqlarını yalamasına diqqət çəkərək, onun haqqında parkinson xəstəliyi iddiasını yenidən gündəmə gətirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*