Rusiya Prezidenti Vladimir Putinin Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti statusu dayandırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.
“Ukraynada davam edən hərbi münaqişə fonunda Beynəlxalq Cüdo Federasiyası Vladimir Putinin Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti və səfiri statusunun dayandırıldığını elan edir”, – məlumatda deyilir. Publika.az
