Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Çzinpinə teleqram göndərib və koronavirusun baş verməsi ilə bağlı vəziyyətə yardım təklif edib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin saytı yayıb. “Rusiya prezidenti dost Çin xalqına lazımi yardım göstərməyə hazır olduğunu bildirib”, — deyə məlumatda bildirilir. Rusiya dövlətinin başçısı qəti tədbirlər nəticəsində epidemiyanın yayılmasının dayandırılacağına əminliyini ifadə edib. Putin həlak olanların ailələrinə başsağlığı verib, yaralananların hamısının sağalmasını arzulayıb.
KONKRET.az
