Putin-Lukaşenko GÖRÜŞÜ: Uzun masa QISALDI – VİDEO + YENİLƏNİBbackend

Putin-Lukaşenko GÖRÜŞÜ: Uzun masa QISALDI - VİDEO + YENİLƏNİB

Moskvada Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında görüş başa çatıb.

KONKRET.az xəbər verir ki, Kremldə keçirilən danışıqlar 2,5 saatdan çox çəkib.

Jurnalistlərə açıqlama verən iki ölkə lideri danışıqları konstruktiv adlandırıblar, Müttəfiq Dövləti çərçivəsində Rusiya ilə Belarus arasında inteqrasiya proseslərinin dərinləşdirilməsini müzakirə etdiklərini vurğulayıblar.

***

17:00
Kremldə Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında danışıqlar başlayıb.

KONKRET.az “TASS”a istinadən xəbər verir ki, bu, cari ildə liderlər arasında canlı olaraq keçirilən ilk görüşdür.

Tərəflərin sonuncu görüşü ötən ilin dekabrında Sankt-Peterburqda baş tutub.

Görüş koronavirusla bağlı əlavə məhdudiyyətlər olmadan keçirilir. Belə ki, Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsla Kremldə keçirdiyi görüşlər zamanı bir neçə metrlik sosial məsafə saxlasa da, bu görüşdə Prezidentlər arasında uzun məsafə saxlanılmayıb.

Putinin digər görüşlərində olduğundan fərqli olaraq, Lukaşenko ilə görüşdə 6 metr uzunluğa sahib oval masadan istifadə olunmayıb. İki ölkə lideri danışıqlardan əvvəl səmimi şəkildə görüşərək bir-birinə yaxın yerləşdirilən kreslolarda əyləşiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*