Putin: “Moskva dialoqa hazırdır”backend

Putin: "Moskva dialoqa hazırdır"

Moskva strateji sabitlik və nüvə silahlarının yayılmaması ilə bağlı dialoqa açıqdır.

KONKRET.az xarici mediaya istinadən xəbər ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq şəhərində keçirilən hüquqi forumdakı çıxışı zamanı bildirib.

Putin həmçinin Ukraynanı insanlığa qarşı cinayətlər törətməkdə ittiham edib.

Rusiya lideri onlarla yaxşı münasibətlər qurmaq istəyən hər kəslə görüşməyə hazır olduğunu deyib.

O, Qərb tərəfdaşları ilə strateji sabitlik, tərksilah və beynəlxalq ticarətlə bağlı dialoqa açıq olduğunu vurğulayıb.

“Biz suveren ölkələr arasında heç bir fərq görmürük”, – deyən Putin bəzi ölkələrin öz maraqları üçün dünya hökmranlıq etməyə çalışdıqlarını bildirib.

“Bu, təhlükəlidir, Rusiya bunu qəbul etməyəcək”, – deyə o fikirlərini tamamlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*