“NATO-nun Ukrayna da daxil olmaqla, postsovet respublikaları hesabına şərqə doğru genişlənməsi sonsuz və çox təhlükəlidir”.
KONKRET.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu gün Putin Lavrovla təhlükəsizlik təminatı ilə bağlı cavabı müzakirə edib. Lavrov Putinə bildirib ki, Rusiyanın ABŞ və NATO-nun təhlükəsizlik zəmanətləri ilə bağlı cavablarına reaksiyası formalaşdırılıb, 10 səhifədən ibarətdir.
“ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı cavabının birinci hissəsi Rusiyanı qane etmir, ikinci hissəsi daha konstruktivdir”, – deyə Lavrov izah edib.
Onun sözlərinə görə, ABŞ-ın cavabının bir hissəsi Moskvanın əvvəllər səsləndirdiyi təkliflərlə üst-üstə düşür, ABŞ və NATO təhlükəsizlik zəmanətlərinin bəzi aspektləri üzrə Rusiya ilə ciddi danışıqlara hazırdır.
Prezident Putin isə NATO-nun Ukrayna da daxil olmaqla, postsovet respublikaları hesabına şərqə doğru genişlənməsini sonsuz və çox təhlükəli adlandırıb.
Xuraman Etibarlı,
KONKRET.az
