“Putinin Pasxa mərasimində dünənki görüntüləri keçənilkidir”.
KONKRET.az xəbər verir ki, Rusiya mediasında bununla bağlı iddialar yayılıb. İddialara görə, Vladimir Putinin Moskvadakı Xilaskar Məsih kilsəsində dünən keçirilən Pasxa mərasimində görüntüləri keçən ilki ilə tamamilə üst-üstə düşür. Keçənilki mənzərə dəyişməyib – qalstuk, kostyum, dayandığı yer və Moskva meri Sobyanin.
Üstəlik, müxtəlif kameralardan və bucaqlardan Putin hər yerdə görünmür. RT-nin videosunda prezident bəzi kadrlarda yoxa çıxır.
Videonun 00:35-ci saniyəsində onun qırmızı kətanda, tacın yanında necə dayandığı görünür.
00:39-cuda başqa kameradan kətan görünür, o isə orada yoxdur.
01:12-cidə onun Sobyaninin yanında necə uzaqda dayandığı görünür.
Bu və buna bənzər videolardan sonra sosial şəbəkə istifadəçilərini bir sual düşündürür:
“Maraqlıdır, o, ümumiyyətlə sağdır, yoxsa bizdən nəsə gizlədilir?”
Həmin görüntüləri təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
