Putin Qarabağın da müzakirə olunacağı görüşdən İMTİNA ETDİ – YENİLƏNİBbackend

Putin Qarabağın da müzakirə olunacağı görüşdən İMTİNA ETDİ - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin 16 iyunda keçiriləcək ABŞ-Rusiya zirvəsi zamanı İsveçrə səlahiyyətliləri ilə protokol görüşündən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Tribune de Genève” nəşri Cenevrə bələdiyyə başçısı Frederik Perleyə istinad edərək məlumat verib.

Onun sözlərinə görə, kanton rəhbərliyi görüşə hazırlaşsa da, Rusiya nümayəndə heyətinin istəyi ilə razılaşmalı olacaq.

Qeyd edək ki, ABŞ və Rusiya Prezidentlərinin 16 iyunda Cenevrədəki görüşü yerli vaxtla saat 13:35-də (Bakı vaxtı ilə saat 15:05-də) başlayacaq. Görüşün başlamasından 10 dəqiqə əvvəl Putin və Bayden İsveçrə Prezidenti Gi Parmelen ilə şəkil çəkdirəcəklər. Heyətlərin iştirakı ilə Baydenlə Putinin geniş tərkibli görüşünün ilk hissəsi Bakı vaxtı ilə saat 16:55-də, ikinci hissəsi isə fasilədən sonra saat 18:40-da başlayacaq.

Sammitin keçiriləcəyi ərazi hərbçilər tərəfindən qorunur. Bundan əlavə, havadan müdafiə üçün “Oerlikon GDF-005” zenit silahları da əraziyə yerləşdirilib.

***

 10:14
İsveçrənin xarici işlər naziri İqnasio Kassis ölkə Prezidenti Qi Parmelanla birgə Rusiya lideri Vladimir Putin bu gün Cenevrə şəhərində görüşəcəklər.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, görüş amanı Qarabağda və Ukraynadakı vəziyyəti müzakirə edəcəklərini söyləyib.

“Biz Dağlıq Qarabağla əlaqədar məsələləri qaldıracağıq, əlbəttə ki, Ukraynadan da danışacağıq”, – Kassis deyib. XİN rəhbəri əlavə edib ki, Qarabağ münaqişəsində sülh Rusiya sayəsində əldə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*