Rusiya Prezidenti Vladimir Putin silahlı qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirməyi əmr edib.
KONKRET.az xəbər verir ki, o, müvafiq göstərişi ölkənin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşü zamanı verib.
Müdafiə Nazirliyindən əmrin icra edildiyi və çəkindirmə qüvvələrinin artıq xüsusi döyüş növbətçiliyi rejiminə keçirildiyi bildirilib.
