İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.
KONKRET.AZ-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, görüşün gələn il yanvar ayının 8-də keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, bir müddət əvvəl D. Peskov V. Putinin 2020-ci il yanvar ayının ilk ongünlüyündə Türkiyəyə səfərinin gözlənildiyini bildirib.