Putin Ukrayna ilə sərhəd bölgələrində təxribatların yatırıldığını açıqladı – VİDEObackend

Putin Ukrayna ilə sərhəd bölgələrində təxribatların yatırıldığını açıqladı - VİDEO

“Rusiya sərhəd xidmətləri Ukrayna ilə həmsərhəd ərazilərdə təxribatların qarşısını alır, həmçinin yaraqlıların və neonasist qruplarının müəyyən edilməsi istiqamətində ardıcıl iş aparır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin sərhədçiləri peşə bayramı münasibətilə təbrik edərkən səsləndirib.

“Rusiya Federal Təhlükəsizlik Xidmətinin şəxsi və mülki heyətini və əlbəttə ki, sərhəd xidmətinin veteranlarını Sərhəd Mühafizəsi Günü münasibətilə təbrik edirəm. Peşə bayramınız əsl qəhrəmanlıq ənənələrinin davamlılığının və birliyinin ən parlaq simvollarından biridir. Müxtəlif tarixi dövrlərdə doğma vətənimizin sərhədlərini möhkəmləndirən və qoruyan hər kəs xalqın minnətdarlıq və hörmət rəmzidir”, – Putin bildirib.

Dövlət başçısı Böyük Vətən Müharibəsində Qələbəyə bu peşənin nümayəndələrinin töhfələrini xatırladıb.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*