“Putin Vardanyandan İMTİNA ETDİ” – Erməni siyasətçidən SENSASİON ETİRAFbackend

"Putin Vardanyandan İMTİNA ETDİ" - Erməni siyasətçidən SENSASİON ETİRAF

Putin Vardanyandan imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə Paşinyana yaxınlığı ilə tanınan Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Mehrabyan danışıb. O, Vardanyanın Qarabağdakı rolunu Avropa resursu olan CCBS-ə şərh edib.

Mehrabyan bildirib ki, Vardanyan Rusiya imperiya siyasətinin maraqlarına xidmət edir, həm də öz “oyun”unu oynayır.

“Kremlin adamı olasan və öz oyununu oynayasan – biri digərinə uyğun gəlmir. Kombinasiyanı belə qururlar”, – siyasətçi deyib.

Vardanyanın Moskvanın adamı olduğunu və sülh prosesini dağıtmaq üçün bölgəyə göndərildiyini iddia edən Fransanın “Vicdan Azadlığı” hüquq müdafiə təşkilatının mövqeyi ilə bağlı sualı cavablandıran ekspert qeyd edib:

“Fransa hüquq-müdafiə təşkilatının mövqeyinə gəlincə, burada təzə heç nə yoxdur. Üstəlik, bu, Ermənistan cəmiyyətinin və Ermənistanın siyasi ekspert icmasının  əksəriyyətinin mövqeyi ilə üst-üstə düşür”.

Onun sözlərinə görə, Moskva Vardanyan amilindən razılaşmaların pozulmasını və gərginliyin növbəti eskalasiyasını həll etmək üçün “xərc edilə bilən material” kimi istifadə edib.

“Vardanyanın gələcəkdə İrəvanda siyasi rola iddia edib-etməməsinə gəlincə, bəli, hər şey ola bilər. Başqa bir sual budur ki, onun şansı nə qədərdir.

Vardanyanın Qarabağa gəlişinə qədər şansları minimal idi. Sonra Xankəndidən verdiyi bəyanatlarla birmənalı olaraq rus imperiya siyasətinin maraqlarına xidmət edərək, sadəcə olaraq, şanslarını puça çıxardı.

Xüsusən İrəvanla Moskva arasında gərgin münasibətlər fonunda, bu şans sıfıra endi”, – deyə Mehrabyan vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*