Putin və Paşinyan arasında görüş keçirilir – YENİLƏNİBbackend

Putin və Paşinyan arasında görüş keçirilir - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

KONKRET.az xəbər verir ki, məlumatı “Armenpress” yayıb.

***

12:07

Ermənistanın baş naziri Rusiyaya iki günlük rəsmi səfərə gəlib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, baş naziri Nikol Paşinyanı hava limanında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Dövlət Protokolu İdarəsinin rəisi İqor Boqdaşev qarşılayıblar.

Səfər çərçivəsində baş nazir Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüş keçirəcək. İki ölkə liderləri Ermənistan-Rusiya strateji müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər.

Eyni zamanda Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar, eləcə də 2021-ci il 26 noyabr tarixlərində imzaladıqları üçtərəfli bəyanatlarının icra prosesi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Aprelin 20-də Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustin, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və  Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüşəcək. Paşinyanın Nijni Novqoroda da səfəri planlaşdırılır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*