“Putin və Paşinyan heç bir sənəd imzalamayacaq”- Peskovbackend

"Putin və Paşinyan heç bir sənəd imzalamayacaq"- Peskov

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında aparılacaq danışıqlardan sonra sənədlərin imzalanması planlaşdırılmır.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vladimir Putin və Nikol Paşinyan Qarabağdakı vəziyyəti, onsuz da bölgədə olan rus hərbçiləri ilə bağlı məsələləri, ikitərəfli münasibətləri müzakirə edəcəklər.

“Əlbəttə ki, Qarabağ, rus hərbçiləri və ümumilikdə ikitərəfli münasibətlər müzakirə ediləcək, lakin hər hansı bir sənədin imzalanması planlaşdırılmır”, – mətbuat katibi əlavə edib.

Peskov, Paşinyanın Rusiyaya səfərini vacib adlandıraraq, Vladimir Putinlə görüşünün günün ikinci yarısında olacağını qeyd edib./unikal.org/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*