Putin YENİ QANUN İMZALADI: KTMT-nin fəaliyyət dairəsi GENİŞLƏNDİRİLİRbackend

Putin YENİ QANUN İMZALADI: KTMT-nin fəaliyyət dairəsi GENİŞLƏNDİRİLİR

Prezident KTMT-nin BMT-nin sülhməramlı əməliyyatlarında iştirakı haqqında qanunu imzalayıb.

KONKRET.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin KTMT Sülhməramlı Sazişin protokolunun ratifikasiyası haqqında qanunu imzalayıb Sənəd aprelin 16-da rəsmi hüquqi informasiya portalında dərc olunub.

Sazişə dəyişiklik edilməsi haqqında protokol 2021-ci il sentyabrın 16-da Düşənbədə imzalanıb. Dəyişikliklər “əlaqələndirici dövlət” anlayışını təqdim edir və əlaqələndirici dövlətin himayəsi altında sülhün qorunması üzrə əməliyyatlarda istifadə üçün KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin yaradılmasını nəzərdə tutur.

Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Sergey Kolbinin bir qədər əvvəl qeyd etdiyi kimi, protokolun ratifikasiyası Rusiyanın maraqlarına cavab verir. Çünki bu, KTMT-də əməkdaşlığın gücləndirilməsinə və KTMT-yə üzv dövlətlərin sülh və təhlükəsizliyin qorunmasında səmərəli iştirakına kömək edəcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*