“Putin Zelenski ilə danışıqlara hazır deyil” –  İqor Jovkvabackend

"Putin Zelenski ilə danışıqlara hazır deyil" - İqor Jovkva

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlara hazır deyil və bəzi liderlərə vaxtın hələ çatmadığını deyir.

KONKRET.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva deyib.

Aparat rəsmisi xüsusilə xatırladıb ki, Ukrayna dövlət başçısı dəfələrlə Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib .

“Biz çox yaxşı bilirik ki, bir neçə lider və dövlət Prezident Putinə danışıqlar masasına əyləşmək üçün müraciət edib. Amma təəssüflər olsun ki, o, hələ də hazır deyil, üstəlik, bəzi liderlərə vaxtın hələ çatmadığını deyir”, – Jovkva bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*