Putin Ziniçevlə vida mərasimində göz yaşlarını saxlaya bilmədi – VİDEO – YENİLƏNİBbackend

Putin Ziniçevlə vida mərasimində göz yaşlarını saxlaya bilmədi - VİDEO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin ölkənin Fövqəladə Hallar Nazirliyinin rəhbəri, ordu generalı Yevgeni Ziniçevlə vida mərasimində iştirak edib.
KONKRET.az xəbər verir ki, o, xatirə lövhəsinin önünə gül dəstəsi qoyub və mərhum nazirlə vidalaşıb.
Ziniçevin ailə üzvlərinə başsağlığı verən Rusiya lideri göz yaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, Ziniçev Norilskdə keçirilən təlim zamanı kinorejissor Aleksandr Melniki xilas edərkən həlak olub.
Bir gün sonra Vladimir Putin ona “Rusiya Qəhrəmanı” adını verib.

 

***

 12:22

Rusiyada təlim zamanı həlak olmuş fövqəladə hallar naziri Yevgeni Ziniçev ilə vida mərasimi keçirilir. 

KONKRET.az xəbər verir ki, mərasim Rusiya FHN-in Böhran Vəziyyətlərində Milli İdarəetmə Mərkəzində keçirilir.

Ölkənin bir sıra vəzifəli şəxsləri ilə yanaşı, Rusiya Prezidenti Vladimir Putin də mərasimdə iştirak edir.

Rusiyada iş başında həlak olan nazirlə vida mərasimi keçirilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*