Putindən Fransaya böyük dərs! – Başbuğbackend

Putindən Fransaya böyük dərs! - Başbuğ

Fransa Minski bəhanə edərək, rola girməyə çalışdı, amma buradakı gizli məqsədi bilən Putin, fikrimcə, Fransaya ən böyük dərsi verdi.

KONKRET.az xəbər verir ki, bunu türkiyəli hərbi ekspert Coşqun Başbuğ bildirib.

“İndi bu dərsdən sonra Fransa bunu təkrar edərmi? Edər. Qarşıda “ikiüzlü” yox, “çoxüzlü” bir siyasət var. Yəni bizdəki o ləyaqətli dik duruşu onlarda görmək mümkün deyil. Rola girməyə təkrar çalışacaq, amma şansı yoxdur.

Çünki Ukrayna Prezidenti Vladimir Zelenskinin Qərbə son mesajı “öz maraqlarını düşünürsən. İkiüzlü siyasət aparırsan” olub. Artıq Rusiyanın Qərbə baxışı çox aydındır. Ona görə də Türkiyədən başqa bu rolu (vasitəçiliyi – red.) üzərinə götürə biləcək heç bir ölkə yoxdur. Düşünürəm ki, bunu edən Türkiyə olacaq”, – deyə Başbuğ bildirib. Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*