“Putinə Nobel verilərsə, gərək özünə hörmət edən adamlar mükafatdan imtina etsin”backend

"Putinə Nobel verilərsə, gərək özünə hörmət edən adamlar mükafatdan imtina etsin"

Müsavat Partiyasının başqanı Arif Hacılı Rusiya Federasiyasının prezidenti Vladimir Putinin adının Nobel Sülh Mükafatına təqdim olunmasına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, A.Hacılı qeyd edib ki, “Əgər Rusiya olmayacaqsa, dünya da olmayacaq” bəyanatı Putinə məxsusdur.

Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan ərazilərində konflikt zonaları yaradıb bu ölkələri uzunmüddətli müharibəyə məhkum edən dövlətin başçısı da, Krımı, Donbası işğal edib, Suriyada sülhün qarşısını alan ordunun Ali Baş Komandanı da, öz hakimiyyətini daha 12 il uzatmaq üçün keçirdiyi referendum zamanı bütün keçmiş sovet respublikalarına ərazi iddiası qaldıran da Putindir. Dünya üzrə, sülhə ən çox təhlükə olan ölkə hansı ölkədir və hansı dövlət rəhbəridir, sualı ilə sorğu keçirilsə, Rusiya və Putin cavabının üstünlük qazanacağına şübhə etmirəm. Bunlara baxmayaraq, Putin Nobel Sülh Mükafatına təqdim olunub.

Bir vaxtlar, səhv etmirəmsə Menaxem Beqinə bu mükafat verilərkən, şair Bəxtiyar Vahabzadə(?)belə bir şer yazmışdı:

“Üç də verin, beş də verin
Əllərinə daş da verin
– qoyun atsın.
Atom nüvə silahıyla “sülh” yaratsın”

Putinə Nobel Mükafatı verilərsə, gərək özünə hörmət edən, ləyaqətli adamlar aldıqları bu mükafatdan imtina etsin” – A.Hacılı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*