Putinin 2021-ci il üçün gəlirləri AÇIQLANDIbackend

Putinin 2021-ci il üçün gəlirləri AÇIQLANDI

Rusiya Prezidenti Vladimir Putin 2021-ci ildə 10,2 milyon rubl qazanıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Kremlin açıqladığı məlumatlara görə , 2020-ci ildə 9,9 milyon rubl qazanan Putinin gəliri keçən il 10,2 milyon rubla (təxminən 208000 AZN) yüksəlib.

Həmçinin ötən il Rusiyanın baş naziri Mixail Mişustin 18,3 milyon rubl, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 12,6 milyon, Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə 16,6 milyon rubl qazanıb.

Açıqlamaya görə, Putinin Rusiyada 2 mənzili, 2 avtomobil qarajı və 3 avtomobili var.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*