Putinin çıxışı Qərbdə diqqətlə izlənilməlidir: “Mühüm bəyanatlar olacaq”backend

Putinin çıxışı Qərbdə diqqətlə izlənilməlidir: “Mühüm bəyanatlar olacaq”

Rusiya Prezidenti Vladimir Putinin Şərq İqtisadi Forumundakı çıxışı “mühüm bəyanatlarla” yadda qalacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Ümumrusiya İqtisadi Forumu ərəfəsində TASS-a müsahibəsində Rusiya Prezidentinin müşaviri, forumun Təşkilat Komitəsinin məsul katibi Anton Kobyakov bildirib.

“Əlbəttə, hər zaman olduğu kimi, plenar iclasda Rusiya prezidentinin çıxışına xüsusi diqqət yetirilir. Bunu izləyin. Çoxlu mühüm bəyanatlar olacaq. Əlbəttə, dövlət başçısının çıxışını Qərb ölkələrinin də izləməsi tövsiyə olunur”, – deyə o, bildirib.
Şərq İqtisadi Forumu sentyabrın 1-dən 4-dək Vladivostokda keçiriləcək.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*