Rusiya Prezidenti Vladimir Putinin əfv etdiyi israilli Naama İssaxar anası Yaffa, baş nazir Benyamin Netanyahu və onun həyat yoldaşı Saranın müşayiəti ilə vətənə uçub.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “The Jerusalem Post” qəzeti yayıb. Baş nazirin sözlərinə görə, Naama İssaxar İsrailə ayaq basanda çox həyəcanlı olub. “Bunu sözlə ifadə etmək çox çətindir. İlk dəfə idi ki, o, küçəyə çıxırdı, ağacları və göyü görürdü”, – deyə Netanyahu bildirib. İssaxar qaçaqmalçılığa və narkotik saxlanılmasına görə 7,5 il azadlıqdan məhrum edilib. Təl-Əvivə uçmaq istəyən qız Moskvanın Şeremetyevo aeroportunun tranzit zonasında saxlanılıb. O, aşkar edilən 9,6 qram həşişi şəxsi məqsədləri üçün daşıdığını deyib. Yanvarın 29-da Putin israillinin əfv olunması haqqında Fərmana imza atıb.
KONKRET.az
