Putinin istefasını tələb edən bəyanat imzalandıbackend

Putinin istefasını tələb edən bəyanat imzalandı

Moskva və Sankt-Peterburqun 18 rayonundan olan bələdiyyə deputatları Rusiya Prezidenti Vladimir Putinin istefasını tələb edən ictimai bəyanat imzalayıblar.

KONKRET.az xəbər verir ki, bəyanatı Sankt-Peterburq bələdiyyəsinin “Semenovski”nin müavini Kseniya Torstrem “Twitter”də yayıb.

“Biz Rusiyanın bələdiyyə deputatları hesab edirik ki, Prezident Vladimir Putinin hərəkətləri Rusiyanın və onun vətəndaşlarının gələcəyinə zərər vurur. Biz Vladimir Putinin Rusiyanın Prezidenti vəzifəsindən istefasını tələb edirik!”, – deyə bəyanatda deyilir.

Bundan əvvəl Moskvanın “Lomonosovski” Bələdiyyə dairəsinin Deputatlar Şurası Rusiya Prezidentinin istefasını tələb etmişdi. Həmçinin Sankt-Peterburqun Smolninskoye Bələdiyyəsinin deputatları da Rusiya Dövlət Dumasına müraciət ünvanlayıblar.

Deputatlar Vladimir Putinin Ukraynadakı müharibəyə görə vəzifəsindən uzaqlaşdırılması və ona “dövlətə xəyanət” ittihamının irəli sürülməsini tələb ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*