Rusiya Prezidenti Vladimir Putinin keçmiş köməkçisi Vladislav Surkovun ev dustaqlığında olduğu açıqlanıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarev öz mənbələrinə istinadən bildirib.
“Vladislav Surkov hazırda ev dustaqlığındadır və 2014-cü ildə Donbasda baş verən mənimsəmə faktı ilə bağlı istintaq tədbirləri davam etdirilir”, – deyə İ.Ponomarev vurğulayıb.
Qeyd edək ki, İ.Ponomarev Surkovun etibarlı adamı sayılır və “Skolkovo” fondunda işləyib.

Bizim.media
